Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər
20.10.2021 09:58
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Oktyabrın 19-da Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Ukrayna-Azərbaycan: mədəniyyətlər və sivilizasiyaların dialoqu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Onlayn təşkil edilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı iştirak ediblər.  

Tədbirdə Fərda Əsədov “Azərbaycan Demokratik Respublikasının liderlərinin məktublarında (1920-1922-ci illər) bolşevik hakimiyyətinin imperiya təbiəti haqqında”, Gülər Qafqazlı isə “Orta əsrlər Osmanlı arxiv materialları əsasında İrəvanın qısa tarixçəsi" mövzusunda məruzə edib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: