Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tibbdə yenilik: Pasiyentlər uzaqdan müayinə olunacaq
22.10.2021 09:22
  • A-
  • A
  • A+

Tibbdə yenilik: Pasiyentlər uzaqdan müayinə olunacaq

Türkiyədə yaradılan və xəstələrə uzaqdan müdaxilə etmək imkanı verən holoqram sistemi sayəsində həkimlərin işi daha da asan olacaq.

Bu sistem 2017-ci ildə İstanbul Tibb fakültəsinin mütəxəssisi, doktor Mürsel Haspulat və onun tələbəsi Funda Karagöz ilə birlikdə hazırlanıb. Sistem sadə, lakin təsirlidir.

Sistemdə süni intellektin köməyi ilə virtual reallıq eynəkləri və holoqram texnologiyası var. Xəstəyə uzaqdan müdaxilə etməklə yanaşı, tibb fakültəsi tələbələrinin virtual xəstələr haqqında təhsil ala biləcəyi layihə, Türkiyə texnologiya festivalında “Təhsil Texnologiyaları” sahəsində finalçı olub. Layihə əslində pilotların təlim aldığı uçuş simulyatorları ilə eyni məntiqə malikdir. Tələbələr bu sistem sayəsində holoqrafik xəstələr haqqında təhsil ala biləcəklər.

press.az

  • Paylaş: