Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağım – sinə dağım” adlı kitab işıq üzü görüb
22.10.2021 10:42
  • A-
  • A
  • A+

“Qarabağım – sinə dağım” adlı kitab işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) “Qarabağım – sinə dağım” adlı kitabı nəşr olunub.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızıdır.

Nəşrdə müəllifin müxtəlif illərdə qələmə alınmış və müxtəlif toplularda çap olunmuş Qarabağ faciəsi və şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən şeirləri, pyesləri, eyni zamanda şəhidlərə həsr olunmuş sənədli hekayələri yer alıb. Bu hekayələrdə şəhid valideynlərinin övladları haqqında xatirələr, şəhidlərimizin keçdiyi döyüş yolları, vətənpərvərlik hissi, ailəsinə, elinə bağlılıqları öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: