Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabı çapdan çıxıb
22.10.2021 11:33
  • A-
  • A
  • A+

“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabı çapdan çıxıb

Bu günlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının nəşrə hazırladığı “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab işıq üzü görüb.

Yeni nəşr 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami ili” elan edilməsi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar hazırlanıb.

Kitaba muzeyin fondunda mühafizə olunan və Ərtoğrol Cavidin böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinə hədsiz məhəbbətini, heyranlığını ifadə edən materiallar toplanıb. Bu nadir materiallar Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi musiqilərin not yazılarını, onun topladığı görkəmli xanəndə Cabbar Qaryağdının repertuarında istifadə edilmiş Nizami yaradıcılığı nümunələrini və şərh yazıb, rəyləşdirdiyi Nizami əsərlərinin el variantlarını ehtiva edir.

Kitab mütəxəssislər və nizamisevərlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, 22 oktyabr 2021-ci il tarixində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin istedadlı oğlu, bəstəkar, musiqişünas və folklorşünas Ərtoğrol Cavidin anadan olmasının 102 ili tamam olur. “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab isə bu günə ən dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: