Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.10.2021 14:32
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Vətən müharibəsinə həsr olunan konfransda çıxış edib

Coğrafiyaçı alim Vətən müharibəsinə həsr olunan konfransda çıxış edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov “Vətən müharibəsinin başlanmasının səbəbləri, nəticələri və onun tarixi əhəmiyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Alim Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı, Türkiyə və Ukrayna respublikalarının Milli Müdafiə universitetlərinin iştirakı ilə baş tutan onlayn tədbirdə “Azərbaycan Respublikasında I və II Vətən müharibələrinə zəmin yaradan siyasi-coğrafi və etnodemoqrafik proseslər” mövzusunda məruzə edib.

E.Bədəlov məruzəsində 44 günlük Vətən  müharibəsində qazanılan qələbənin Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğundan, ölkənin siyasi-coğrafi xüsusiyyəti, onun etnodemoqrafik vəziyyətində yaranmış problemin həllində Prezidentin apardığı uğurlu siyasətdən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: