Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
22.10.2021 17:54
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Liviyada keçirilən “IV Beynəlxalq Afrika Elm, Texnologiya və Sosial elmlərdə cari tədqiqatlar”  konfransında iştirak edib.

Konfransın işinə onlayn qatılan şərqşünas misirli yazar “Məhəmməd Yusuf Əl-Quayyidin əsərlərində müharibə reallıqları” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müharibə dəhşətlərinin ədəbiyyatda real inikası məsələlərinə toxunulub, pərdə arxasında həmişə böyük dövlətlərin maraqlarının durduğu, bunun fəsadlarından isə günahsız xalqın əziyyət çəkdiyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: