Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Seysmoloji Mərkəzin Tovuzda yeni seysmik stansiyası quraşdırılıb
26.10.2021 17:44
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin Tovuzda yeni seysmik stansiyası quraşdırılıb

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: