Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2021 17:42
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu ilə Fransanın Monpelye Universiteti arasında memorandum imzalanıb

Geologiya və Geofizika İnstitutu ilə Fransanın Monpelye Universiteti arasında memorandum imzalanıb

AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Fransanın Monpelye Universiteti arasında memorandum imzalanıb.

Razılaşma çərçivəsində elmi proqramların işlənməsi, birgə tədqiqatlar, mühazirələr, treninqlər və diskussiyaların keçirilməsi, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi həyata keçiriləcək.

GGİ-də artıq “Holosen çöküntülərinin palinologiyası və geoxronologiyası” adlı birgə layihənin icrasına start verilib. Acınohur, Göygöl, Zəligöl ərazilərinə çöl-ekspedisiyası təşkil edilib.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun Paleontologiya və stratiqrafiya, Müasir geodinamika və kosmik geodeziya, Seysmologiya, geomaqnetizm və petrofizika şöbələrinin elmi işçiləri y.e.ü.f.d. Şəfəq Bayramova, doktorant İmran Muradi, y.e.ü.f.d. Rafiq Səfərov və Fransanın Monpelye Universitetinin əməkdaşları Dr. Joannin Sebastian, doktorant Lukas Dugerdil iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: