Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.10.2021 12:50
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Qax rayonunda monitorinq aparılıb

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Qax rayonunda monitorinq aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələri tərəfindən 2021-ci ilin iş planına uyğun olaraq, Qax rayonunun Kürmükçay, Hamamçay və Sarıbaş ərazilərində növbəti monitorinq aparılıb.

Monitorinq zamanı tədqiq olunan ərazilərdə təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri, torpaqların deqradasiyası, regionda tez-tez təkrarlanan sel hadisələri nəticəsində çay yataqlarının gətirmə materialları ilə yüklənmə səviyyəsi ilə bağlı müşahidələr aparılıb.

Eyni zamanda rayonda ekoturizm potensialının öyrənilməsinə dair ölçmə işləri həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: