Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatına layiq görülüb
27.10.2021 16:40
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatına layiq görülüb

AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmraniyə Beynəlxalq Qərbi Asiya Turizm Araşdırmaları Konqresinin sertifikatı təqdim edilib.

Gənc alim konqresin V yığıncağında “Azərbaycanın dağlıq ərazilərinin ekoturizm potensialı və istifadə yolları” adlı məruzəsinə görə sertifikata layiq görülüb.

Qeyd edək ki, Z.İmraninin sözügedən məqaləsi təşkilatın Türkiyədə nəşr edilən konfrans  materiallarında dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: