Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Polşada keçirilən VIII beynəlxalq elmi konfransda iştirak edib
27.10.2021 17:53
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Polşada keçirilən VIII beynəlxalq elmi konfransda iştirak edib

Polşa Elmlər Akademiyasının Lublin filialı və Elm-Təhsil İnnovasiyaları Mərkəzinin təşkilatçılığı ilə hibrid formada VIII beynəlxalq elmi konfrans keçirilib. 

Konfransın əsas məqsədi akademik nailiyyətlərin əhəmiyyətini təbliğ etmək, həmçinin təcrübə mübadiləsi və tələbələrin, doktorantların və gənc tədqiqatçıların inteqrasiyasını təmin etmək olub.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov onlayn iştirak edib. Aparılan müzakirələr nəticəsində sahibkarlarla əlaqə yaratmaq, fənlərarası tədqiqat qruplarını təşkil etmək və onların mümkün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək mümkün olub.

“Təcrübədə innovasiyalar” mövzusunda keçirilən sessiyada iştirakçılar tədqiqat və icmal işlərini təqdimat və ya posterlər şəklində nümayiş etdiriblər və işin tezisləri konfrans materiallarında nəşr olunub.

Konfransda, həmçinin “Dialoq enerji yığım” seminarı keçirilib. Seminarın mövzuları əsasən, enerji yığımına, şəhərlərdə, xüsusən də sənaye şəraitində ətraf mühitdən alınan enerjinin bərpasına aid olub. Bu sahə elektrik enerjisinə artan tələbat səbəbindən diqqəti cəlb edir, qalıq enerji mənbələrinin axtarışına ehtiyacı aradan qaldırır, cəmiyyət və ətraf mühit üçün faydalıdır. Seminar çərçivəsində elmi nailiyyətlərin təqdimatı, sahibkarlar və alimlər üçün panel müzakirə sessiyaları da həyata keçirilib.

Konfransın gedişi “YouTube” vasitəsilə yayımlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: