Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri mövzusunda çıxış edib
28.10.2021 11:06
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri mövzusunda çıxış edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Xəzər dənizi regionunda iqlim dəyişikliyi üzrə onlayn keçirilən konfransda iştirak edib.

Xəzər dənizinin Hidrometeorologiya və Çirklənməsinin Monitorinqi üzrə Koordinasiya Komitəsinin (CASPCOM) və Xəzər dənizi Ətraf Mühitinin Mühafizəsi üzrə Çərçivə Konvensiyasının Müvəqqəti Katibliyinin (Tehran Konvensiyası) himayəsi altında keçirilən tədbirdə S.Səfərov “Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri” mövzusunda məruzə ilə çıxış edib. Alim apardıqları tədqiqatların nəticəsi olaraq bildirib ki, 30 il ərzində Abşeron yarımadası, Neft Daşları və Çilov dəniz stansiyalarında yağıntı rejimində baş verən dəyişikliklər payız-qış aylarında yağıntıların digər ərazilərlə müqayisədə özünü daha çox olması ilə büruzə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: