Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İctimai Elmlər üzrə Problem Şurasının iclası keçirilib
01.11.2021 17:51
  • A-
  • A
  • A+

İctimai Elmlər üzrə Problem Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının növbəti onlayn iclası keçirilib.

İclası problem şurasının sədri, akademik Nərgiz Axundova açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra N.Axundova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə daxil olmuş 90 dissertasiya mövzusunu təqdim edib.

Müzakirələr nəticəsində 30 işin adında elmi və texniki redaktələr edilib, bir neçə dissertasiya işinin adı elmi tələblərə cavab vermədiyindən yenidən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə olunub.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: