Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də Balaş Azəroğlunun 100 illik yubileyinə həsr olunan sərgi təşkil edilib
11.11.2021 11:58
  • A-
  • A
  • A+

MEK-də Balaş Azəroğlunun 100 illik yubileyinə həsr olunan sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında xalq şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şöhrət” ordenli Balaş Azəroğlunun anadan olmasının 100 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib.

Karantin qaydalarına uyğun təşkil edilən və iki həftə müddətinə davam edəcək sərgidə şairin müəllifi olduğu “Məhəmməd Əmani”, “Çiçəklənən tarlalar”, “Sinəm Savalan dağıdır”, “Savalan”, “Gəl ay bahar”, “Məcnun söyüd”, “Hafizin qəbri üstündə”, “Dünənim, bu günüm, sabahım...”, “Elə oğul istəyir Vətən” seçilmiş əsərləri və digər nəşrləri, eləcə də onun haqqında yazılmış “Balaş Azəroğlunun yaradıcılıq yolu” (Bahar Məmmədova) kitabı yer alır.

Qeyd edək ki, 1921-ci ildə Bakı şəhərində anadan olmuş şairin müxtəlif mövzulu əsərlərinin əsas hissəsini vətən həsrəti, azadlıq, milli oyanış təşkil edir. Şair 2011-ci ildə Bakıda vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: