Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 75 yaşı tamam olur
12.11.2021 09:55
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 75 yaşı tamam olur

Noyabr ayının 14-də görkəmli alim, Əməkdar incəsənət xadimi, Azər­bay­can Respublikası Mədəniyyət nazirinin müa­vi­­ni, AMEA-nın müxbir üzvü Sevda Məm­mə­də­li­yevanın 75 yaşı tamam olur.

Sevda Yusif qızı Məm­mə­də­li­yeva 1967-ci ildə Bakı Dövlət Universi­te­tinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1986-cı ildə namizədlik, 1994-cü il­də dok­tor­­luq dissertasiyasını mü­dafiə edib. O, 1997-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müx­­bir üzvü seçil­ib.

1970-1975-ci illərdə AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İns­ti­­tutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan görkəmli alim 1975-1983-cü illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunda böyük elmi işçi olaraq işləyib. Sevda Məmmədəliyeva 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Univer­sitetinin kafedra müdiri vəzifəsində çalışıb. 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azər­bay­can Respublikası Mədəniyyət nazirinin müa­vi­­ni vəzifəsinə təyin edilib.

AMEA-nın müx­bir üzvü Sevda Məmmədəliyeva sosial fəlsəfə və kulturologiya sahə­sində 200-ə yaxın elmi işlərin, o cümlədən 12 monoqrafiya və kitabın müəllifidir. Bun­lar­dan “Azərbaycanda mədə­niy­yət siyasəti”, “Qloballaşma dövründə mədəniy­yət”,­ “Mədəniy­­yət­ və insan” əsərləri elmi ictimaiyyətin yüksək rəğbətini qazanıb.

Görkəmli filosof alim sosial fəlsəfə üzrə silsilə iş­lə­rinə görə, Beynəlxalq Eko­energe­tika Akademiyasının həqiqi üzvü (1997), Rusiya Ekoloji Aka­demiyasının xarici üzvü (1999), NOOSFERA Beynəlxalq Akade­mi­ya­sı­nın həqiqi üzvü (2000), Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun üzvü (2007) seçilib. O, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezantativ Siyahısına daxil edil­­miş on üç qey­ri-maddi mə­də­­ni irs nümunəsinin sənədlərinin hazırlanmasına və elmi əsas­lan­dır­ma­sına rəhbərlik edib. UNESCO üzrə Azərbaycan Res­publika­sının Milli Komissiya­sı­­nın sədr müavinidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qru­punun rəhbəri (2010), Ümum­dünya Mədəniyyətlərarası Dia­loq Forumlarının, UNESCO-nun Qeyri-maddi Mə­­­dəni İrs üz­­rə Hökumətlərarası Komi­tə­­­­sinin 8-ci Sessiyasının (Bakı, 2013) və BMT Siviliza­si­ya­­­lar Alyansının 7-ci Qlobal Fo­ru­mu­­nun Təşkilat komitəsinin sədr müa­vini (2016)  olub.

Sevda Məmmədəliyeva Ru­si­ya Fe­de­­­rasiyasının XİN nəzdində Elmi və Mə­dəni Əmək­daş­­lıq üzrə Mərkəzinin “Dostluq işinə ve­rilən töhfəyə görə”, Fransız Elmi Cəmiy­yə­ti­nin (20­05), “TÜRKSOY” təş­ki­la­tının me­dalları  (2013),­ İtaliya Respubli­ka­­sı­nın “Şərəf” (20­13) or­de­ni, Avstriyanın Elm və İncəsənət üzrə fəxri ordeni (2015), Azər­bay­can­da dip­lo­ma­tik xid­mə­tin yaranmasının 100 illiyi medalı, 3-cü də­­rə­cəli “Və­tənə xid­mətə görə” (2016), 2-ci də­rəcəli “Vətənə xidmətə görə” (20­19)­­ orden­ləri­ ilə təl­tif edilib.

Bundan əlavə, fəlsəfə elminin inkişa­fın­dakı xid­mətləri nəzə­rə alınaraq və anadan olmasının 75 illiyi ilə əla­qədar AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Fəxri fərmanı ilə təl­tif olunub. O cümlədən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə alimin elmi fəaliyyətinə həsr edilmiş sessiyanın keçirilməsi nəzərdə tutulur.

Tanınmış filosof alimi yubileyi münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, gələcək elmi, elmi-pedaqoji və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: