Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiyaçı alimlər beynəlxalq vebinarda çıxış edəcəklər
15.11.2021 12:01
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər beynəlxalq vebinarda çıxış edəcəklər

17 noyabr saat 10:00-da AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktorları Elnur Səfərov və Samirə Abuşova 17 noyabr - Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Günü münasibətilə keçiriləcək vebinarda məruzə ilə çıxış edəcəklər.

Təbriz Universitetinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə İran, Türkiyə, Azərbaycan, İraq, Almaniya və Pakistanın CİS üzrə alim və mütəxəssisləri məruzə edəcəklər. Azərbaycan ilk dəfə olaraq dünyanın hər yerində keçirilən bu beynəlxalq tədbirə qoşulacaq.

Vebinarda aşağıdakı mövzularda məruzələr dinləniləcək:

Təbii fəlakətlərin idarə edilməsində CİS-dən istifadə;

Mədəni irsin sənədləşdirilməsində quru səthin lazerlə skan olunması;

CİS-də ekogeomorfoloji dəyərləndirmə;

Ətraf mühit mühəndisliyində RS və CİS tətbiqləri;

RS və CİS-in köməyi ilə pambıq becərilməsində torpağın qiymətləndirilməsi:

CİS-in tətbiqi ilə səth sularının tədqiqi;

Fəlakətlərə qarşı dözümlüyün məsafədən zondlanması.

Tədbirə qoşulmaq istəyənlər linkdən istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: