Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tarix Muzeyində “Könlüm keçir Qarabağdan” adlı I respublika rəsm sərgi-müsabiqəsi keçiriləcək
16.11.2021 15:08
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Könlüm keçir Qarabağdan” adlı I respublika rəsm sərgi-müsabiqəsi keçiriləcək

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 18-19 noyabr 2021-ci il tarixlərində saat 14:00-da Zəfər Gününə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı I respublika rəsm sərgi-müsabiqəsi keçiriləcək.

Sərgidə 44 günlük Vətən müharibəsini əks etdirən 8-17 yaş həddi üzrə gənc istedadlı rəssamların 80-ə yaxın rəsm əsəri nümayiş olunacaq. Müsabiqədə kiçik və böyük yaş qrupu üzrə bölünən iştirakçılar 3 nominasiyada qalib elan ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: