Texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsinə təsdiq edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli iclasında qəbul edilib.
Rəyasət Heyətinin digər qərarları ilə Svetlana Kərimova həmin şöbənin rəis müavini, Anar Əliyev isə Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəis müavini vəzifələrinə təsdiq ediliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.