Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Türkiyəli alimlər koronavirus riskini hesablayan model hazırlayıblar
23.11.2021 09:44
  • A-
  • A
  • A+

Türkiyəli alimlər koronavirus riskini hesablayan model hazırlayıblar

Dünyada COVID-19 virusunun insanlara fərqli təsiri ilə bağlı araşdırmalar aparılmaqdadır.

Alimlər yaş, qan qrupu, xroniki xəstəlik və gen quruluşu kimi 4 fərqli məlumatı nəzərə alaraq, COVID-19 səbəbiylə ağır xəstələnmənin və ya xəstəliyin asemptomatik olacağını hesablayan model işləyiblər.

Ankara Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələri “Immunogenetics'” beynəlxalq elmi jurnalında dərc edilib.

Araşdırma reanimasiyaya ehtiyacı olan və COVID-19-dan sağ çıxan 130 xəstə və 440 sağlam insan üzərində aparılıb.

Virusun hər kəsə fərqli təsir etməsinin səbəbi kimi tədqiqat üçün yaş, qan qrupu, xroniki xəstəlik və genetik olaraq 4 fərqli parametr təyin edilib.

“Artıq xroniki xəstəliklərin xəstəliyin gedişatına necə təsir etdiyi məlumdur. Araşdırmamızın orijinal hissəsi immuniteti təyin edən genlərdən biri olan KIR genlərinin qanunauyğunluqları üzərindədir. Ətraf mühit faktorlarının təsiri ilə seçilərək bizə çatan bu genlərin immun sistemdə və orqanizmin xəstəliklərə reaksiyasında da mühüm faktor olduğunu kəşf etdik”, - deyə tədqiqat qrupu açıqlayıb.

Hazırlanan model COVID-19 ilə yoluxma halında xəstəliyin necə aradan qaldırılacağını əvvəlcədən hesablaya bilir.

Həmçinin bildirilib ki, hazırda dünyada mövcud qiymətləndirmə sistemləri infeksiya başladıqdan sonra baş verən proseslərə əsaslanır. Lakin yeni tədqiqat işinin üstünlüyü ondan ibarətdir ki, kimin daha çox müdafiə olunması lazım olduğu müəyyən edilir.

Patent qiymətləndirmə prosesində olan model təkcə COVID-19 üçün deyil, digər infeksiyalar üçün də faydalı hesab edilir.

Aztibb.az

  • Paylaş: