Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alim şiş və infeksion xəstəliklərinin müalicəsi ilə bağlı mühüm nəticələr əldə edib
23.11.2021 09:57
  • A-
  • A
  • A+

Kimyaçı alim şiş və infeksion xəstəliklərinin müalicəsi ilə bağlı mühüm nəticələr əldə edib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi Samirə Məmmədovanın “Müasir farmakokimyada polimer vektorlar adlı kitabı işıq üzü görüb.

“Elm” nəşriyyatında çapdan çıxan kitab sintetik və təbii polimerlər əsasında polimer vektorların alın­ma­sı və onların dərman preparatlarının immobilizə olunması və ünvanlı çat­dı­rıl­ma­sına həsr edilib.

Məlumdur ki, dərman maddə­ləri orqanizmdə uzun müd­dət qala bilmir, metabolizmə uğrayaraq or­qa­nizm­dən tez bir za­man­da xaric olunur. Bundan başqa, orqanizmdə xə­­stə orqanlara təsir etməklə ya­naşı, digər orqanlara da toksiki təsir edə­­rək əlavə təsirlərə də səbəb olur. Bu problemin qarşısını almaq üçün dərman maddələrinin polimer vektorlara immobilizə edilməsi bioüzvi kimya və tibbi bio­tex­no­lo­gi­ya­nın aktual məsə­lə­lərindən birinə çevrilib. Bu baxımdan doksorubisin və levofloksasinin immobilizə olun­ma­sı üçün poliakril turşusu, poli-N-vinil­pi­rrolidon və təbii mənşə­li xitozan əsa­sında yeni yaddaşa malik polimer vektorlar sintez edil­ib. Alınmış hidrogellərin sorbsiya qabi­liy­yətləri öyrənilib və yük­sək sorb­­siya tutumuna malik olmaları müəyyənləşdirilib.

Gös­tə­ril­ib ki, bu tip polimerlərin istifadəsi ilə şiş xəstəliklərinin mü­ali­cəsində doksorubisinin, həmçinin infek­si­on xəstəliklərdə levoflok­sa­si­nin terapevtik dozasını xeyli azalt­maq müm­kün­dür. Polimer hidro­gel­lərdə, im­mo­bi­lizə olunmuş dok­so­ru­bi­­sinin müxtəlif pH-larda, 37 dərəcə tem­peraturda gel­dən ayrılması prosesinin zamandan asılılığı təd­qiq edilib. Gös­tə­ril­ib ki, doksorubisinin hidro­gel­­lərdən ayrılması ilkin 4 saat müddətində, pH-8-də 60-80% təşkil edir, an­caq 20 saat­dan sonra doksorubisinin polimerdən ayrılması yavaşıyır və 48-50 sa­at müd­də­tində məh­lu­la ayrılma kiçik porsiyalarla baş verir. Həm­çi­nin xi­­to­zan əsaslı hidrogelin le­vof­loksasin an­ti­bi­o­ti­ki ilə müxtəlif mühit­lərdə sorb­siyası öyrənilib və alınmış hidrogelin yüksək sorb­siya tutu­muna malik olması müəy­yən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: