Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
25.11.2021 12:20
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova Türkiyə Cümhuriyyətinin Antalya şəhərində Kütahya Dumlupınar Universitetində ezamiyyətdə olub.

Səfər zamanı Fiziologiya İnstitutu ilə sözügedən müəssisə arasında elmi-praktik əlaqələrin daha da genişləndirilməsi, biokimya sahəsində birgə tədqiqat planlarının hazırlanması məsələləri müzakirə olunub.

Qeyd edək ki, görüş 2021-ci ilin oktyabr ayında Kütahya Dumlupınar Universiteti ilə Fiziologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilib.

Görüş zamanı Kütahya Dumlupınar Universiteti ilə biotibb sahəsində aparılacaq tədqiqatlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. Müqaviləyə əsasən tərəflər birgə beynəlxalq konfrans və simpoziumlar təşkil edib, elmi toplu və məcmuələr nəşr edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: