Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər
26.11.2021 09:55
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər

Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı 2021-ci il üçün Yaşayan Dədə Qorqud mükafatı sahiblərinin adlarını açıqlayıb.

Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunur. Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər.

Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdullayev uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar.

APA

  • Paylaş: