Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor İlham Məmmədzadənin məqaləsi Bolqarıstanda işıq üzü görüb
26.11.2021 10:13
  • A-
  • A
  • A+

Professor İlham Məmmədzadənin məqaləsi Bolqarıstanda işıq üzü görüb

Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə 2021-ci il mayın 17-də “Qaçqınlar – qorxu, axtarış, təhlükəsizlik və təhlil” layihəsi çərçivəsində keçirilən beynəlxalq konfransın məqalələr toplusu işıq üzü görüb.

Konfrasda iştirak edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadənin “Mədəniyyət və sivilizasiyanın kəsişməsində qaçqınlar (miqrasiya) məsələsinə baxış” mövzusunda məruzəsi həmin topluda ingilis dilində nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: