AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev TransTech Capital LLP şirkətinin dəvəti ilə Böyük Britaniyada ezamiyyətdə olub.
Azərbaycan alimi Böyük Britaniyanın Oksford, London və Mançester universitetlərində aparıcı texnologiyaların transferi və investisiyası üzrə ekspertlərlə görüşüb.
Oksford Universitetinin Kimya Tədqiqatları Mərkəzində olan V.Babayev bu müəssisənin fəaliyyət istiqamətləri ilə tanış olub. Bildirilib ki, Oksford Universitetinin Kimya fakültəsi dünyanın ən böyük kimya fakültəsidir.
Səfər çərçivəsində əqli mülkiyyətin beynəlxalq kommesiyalaşdırılması, texnologiyaların transferinin və vençur kapital fondlarının idarə olunması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəd V.Babayev və TransTech Capital LLP şirkətinin rəhbəri Riçard Henderson tərəfindən imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir