Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşının yeni monoqrafiyası çapdan çıxıb
26.11.2021 16:50
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşının yeni monoqrafiyası çapdan çıxıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, dosent Təranə Məmmədovanın “Yaşıl kimya və ekoloji az təhlükəli yanacaqlar” adlı monoqrafiyası rus dilində “Elm” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada bioxammalın istifadəsinin və biodizel yanacaqlarının innovativ alınma prosesləri, ekoloji problemlərin həllinə yönələn və “yaşıl” kimya prinsiplərinə cavab verən təmiz və daha az çirkləndirici sənaye proseslərinin istifadəsinə əsaslanan perspektivli istiqamətlər və yeni innovativ yanaşmalar təqdim edilib.

Təqdim edilən nəşr biokimya və neft-kimya sintezi sahəsində çalışan mütəxəssislər, o cümlədən doktorantlar, magistrantlar və bakalavrlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: