Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix Muzeyinin alimlərinin məqaləsi Özbəkistanda nəşr olunub
30.11.2021 10:10
  • A-
  • A
  • A+

Tarix Muzeyinin alimlərinin məqaləsi Özbəkistanda nəşr olunub

Daşkənddə Özbəkistanın tanınmış şərqşünas alimi, Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü Dilorom Yusupovanın yubileyinə həsr olunmuş “Mərkəzi Asiya tarixinin məsələləri müasir medievistik interpretasiyada” məqalələr toplusu çap edilib. Topluda Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan alimlərinin mənbəşünaslıq, tarixşünaslıq, tarix, arxeologiya istiqamətləri üzrə elmi məqalələri yer alıb.

Kitabda Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının “Zəngəzur tarixinin tarixşünaslığından bəzi məsələlər” və muzeyin icraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarovun “Rusiya imperiyasının Qarabağ xanlığı və Buxara əmirliyi ilə müqavilələri: ilkin şərtlər, maddələr və nəticələrin müqayisəli təhlili” məqalələri dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: