Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Seysmoloji Mərkəzlə AFAD arasında əməkdaşlığa dair müzakirələr aparılacaq
30.11.2021 15:04
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzlə AFAD arasında əməkdaşlığa dair müzakirələr aparılacaq

1 dekabr 2021-ci il tarixində saat 15:45-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriləcək.

Görüşdə RSXM-lə AFAD arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivlərinə dair geniş tərkibdə müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: