Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Türk həkimdən yeni ixtira
30.11.2021 15:36
  • A-
  • A
  • A+

Türk həkimdən yeni ixtira

İstanbul Universiteti İstanbul Tibb fakültəsinin Cərrahiyyə Elmləri Bölməsinin Neyrocərrahiyyə üzrə elmi köməkçisi Ali Ekrem Adıyaman tibb sahəsində inqilab edəcək potensiala sahib bir texnologiya ilə bağlı araşdırma aparıb. İxtiraçı xüsusi növ eynəklərin cərrahiyyə əməliyyatlarında tətbiqini planlaşdırır.

Yeni texnologiya xəstələri radiasiyaya məruz qoymadan diaqnoz əldə etmək imkanı verir.

“Hazırda işimiz eksperimental mərhələdədir. Texnologiyanı təkmilləşdirmək üçün üzərində işləyirik. Layihəmiz artıq bəzi beynəlxalq mükafatlara layiq görülüb. Bu texnologiya hədəflədiyiniz nöqtəyə iynə ilə daxil olmaqla tətbiq edilir. Bundan təkcə oynaq inyeksiyaları üçün deyil, tutaq ki, qaraciyərin biopsiyasını aldıqda, yaxud neyrocərrahiyyədə də istifadə etmək mümkün olacaq. Kəllə qapalı bir qutu olduğundan bunu beyində də etmək daha asan olacaq”, - deyə türk həkim bildirib.

Texnologiyaya süni intellektin də əlavə edilməsi nəzərdə tutulur.

aztibb.az

  • Paylaş: