Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizami Gəncəvi – 880” adlı biblioqrafiya çapdan çıxıb
30.11.2021 17:23
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi – 880” adlı biblioqrafiya çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Nizami Gəncəvi – 880” adlı biblioqrafiya işıq üzü görüb.

Müəssisənin Elmi şurasının qərarı ilə çap olunan biblioqrafiyanın baş elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi institutun baş direktoru, akademik Teymur Kərimli, tərtibçisi Biblioqrafiyaşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Yeni nəşrin elmi redaktorları institutun şöbə müdirləri, kitabşünas mütəxəssislər Firəngiz Hüseynova və Qutiyera Cəfərova, sahə redaktoru isə qurumun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.

Biblioqrafiyada söz səltənətinin sultanı Nizami Gəncəvinin həyatı və ölməz yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və monoqrafiyalar, dahi şairin yaradıcılığının tədqiqinin nəticəsi olan dissertasiyalar, eyni zamanda dövri mətbuatda dərc edilmiş materiallar haqqında məlumatlar yer alıb. Yeni nəşrdə, həmçinin Nizami yaradıcılığının dünya müstəvisində tədqiqi və ədibin qələmə aldığı əsərlərin dünya ədəbiyyatının inkişafına təsiri barədə materialların təsviri isə müvafiq bölmələrdə öz əksini tapıb.

Alim və mütəxəssislər, tədqiqatçılar, eləcə də nizamisevərlər üçün nəzərdə tutulmuş kitabın hər bölməsində materiallar xronoloji qaydada təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: