Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarixçi alim beynəlxalq konfransda iştirak edib
02.12.2021 11:04
  • A-
  • A
  • A+

Tarixçi alim beynəlxalq konfransda iştirak edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Şərifov Ukrayna və Kanadanın birlikdə təşkil etdiyi XIII beynəlxalq elmi konfransda iştirak edib.

Alim tədbirdə “Azərbaycanın Şamaxı şəhərinin erkən orta əsrlər tarixi ərəbdilli mənbələrdə” adlı məruzə ilə çıxış edib.

Məruzədə ərəbdilli mənbələrə istinadən Azərbaycanın orta əsr paytaxt şəhərlərindən olan Şamaxı haqqında geniş məlumat verilib. Ərəbdilli mənbələr tədqiq və təhlil edildikdə məlum olur ki, Şamaxı şəhərinin salınma tarixi erkən xilafət dövrünə gedib çıxır. Hətta farsdilli müəlliflərdən olan Həmdullah Qəzviniyə görə Şamaxı şəhərinin salınma tarixi xilafətdən əvvəlki dövrə, yəni VI əsrə aiddir. Alim məruzəsində qeyd edib ki, digər şəhərlər kimi Şamaxı şəhəri də orta əsrlərdə yerli feodallar və gəlmə ərəblər tərəfindən idarə olunurdu. İqtisadi, ictimai, siyasi, mədəni və təsərrüfat baxımından digər şəhərlərdən geri qalmayan Şamaxı, orta əsrlərdə Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: