Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
02.12.2021 14:12
  • A-
  • A
  • A+

“İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, ADA Universiteti və AMEA-nın İqtisadiyyat İnstitutu dekabrın 6-da Dövlət Vergi Xidmətinin Şamaxıdakı Tədris Mərkəzində “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirəcək.

Məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük uğurla aparılan yeni iqtisadiyyat quruculuğuna elmi dəstəyi davam etdirməkdir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası və Şamaxı rayonu İcra hakimiyyəti nümayəndələrinin məruzə və çıxışları dinləniləcək, müzakirə aparılacaq.

Məruzələrin mətnləri elektron formada ictimaiyyətə təqdim ediləcək.

Konfransa canlı olaraq aşağıdakı linkdən Zoom proqramı üzərindən qoşulmaq mümkündür.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: