Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı çapdan çıxıb
03.12.2021 13:01
  • A-
  • A
  • A+

“İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı çapdan çıxıb

İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayevin sədri olduğu bir qrup əməkdaşın müəllifliyi ilə “İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı işıq üzü görüb.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan kitab “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” elmi istiqaməti üzrə “İqtisadi azadlıq indeksi”nin araşdırılmasına həsr edilib.

Müəlliflər tərəfindən “İqtisadi azadlıq indeksi”nin yaxşılaşdırılmasının ölkənin sosial-iqtisadi inkişafına təsiri qiymətləndirilib və nəticələr kitabda öz əksini tapıb. Habelə həmin indeks üzrə iki səviyyəli, o cümlədən “qonşu və qabaqcıl” və “əsasən azad” ölkələrarası müqayisəli təhlilin nəticəsi olaraq bu indeks üzrə reytinqin yüksəldilməsinə mane olan müvafiq sub-indekslərdə mövcud olan çatışmazlıqların aradan qaldırılması və Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına imkan verən təkliflər, tövsiyələr verilib.

Kitabda əksini tapmış təklif və tövsiyələr müvafiq dövlət institutlarında iqtisadi siyasət sahəsində qərar qəbul edənlər, elmi tədqiqatçılar və iqtisadçılar üçün maraqlı və faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: