Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının məruzəsi beynəlxalq konfransda birinci olub
03.12.2021 16:58
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının məruzəsi beynəlxalq konfransda birinci olub

Azərbaycan - Fransız Universitetində (UFAZ) keçirilən beynəlxalq konfransda ilk üçlüyə düşən ən yaxşı məruzələrin adları məlum olub.

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədqiqat şöbəsinin müdiri Filip Turekin rəhbərlik etdiyi komissiya tərəfindən AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Geodinamika şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və mərkəzin əməkdaşı Gülnar Hüseynzadənin “Ərəb plitəsinin Azərbaycanın müasir geodinamikasına təsiri” adlı məruzəsinin birinci yeri tutduğu açıqlanıb.

Qeyd edək ki, məruzəçilər təşkilatçılar tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Azərbaycan-Fransa Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti, Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: