Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
06.12.2021 15:25
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Neft və Qaz İnstitutunun icraçı direktoru, professor Vaqif Qurbanov, müəssisənin əməkdaşları Lətif Sultanov və Aysel Məmmədova Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Geoloji proseslərin və ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi” mövzusunda XV beynəlxalq elmi konfransda iştirak ediblər.

Azərbaycanlı alimlər konfransa həmmüəllifi olduqları “Aşağı Kür çökəkliyinin neft və qazlı hövzəsinin pliosen yaşlı süxurların petrofiziki xüsusiyyətləri” adlı məqaləni təqdim ediblər.

Qeyd edək ki, sözügedən tədbirin bütün təqdimatları “Scopus” bazasına daxil edilib və sertifikatlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: