Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Yüksək Texnologiyalar Parkında tibb məntəqəsi fəaliyyətə başlayıb
06.12.2021 15:35
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında tibb məntəqəsi fəaliyyətə başlayıb

AMEA-nın Yüksək Texnologiyalar Parkında koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məsələlərinə böyük önəm verilir.

Bu məqsədlə görülən tədbirlərdən biri də bu yaxınlarda texnoparkda tibb məntəqəsinin fəaliyyətə başlamasıdır.

Məntəqə lazımi hallarda ilkin tibbi yardımın göstərilməsi, sağlamlıqla bağlı yaranmış problemlərin vaxtında aradan qaldırılması üçün bütün imkanlarla təchiz edilib. 

Bununla yanaşı, pandemiya dövründə kollektivin sağlamlığının və təhlükəsizliyinin qorunması, tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün məntəqədə zəruri tibbi ləvazimatlar və dezinfeksiya vasitələri yerləşdirilib.

Qeyd edək ki, texnoparkda fəaliyyətə başlamış bu xidmətdən Yüksək Texnologiyalar Parkı ilə yanaşı, onun rezidentlərinin əməkdaşları da yararlana bilər.

Xatırladaq ki, YT Parkda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlərin həyata keçirilməsinə böyük önəm verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: