Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi-Dədə Qorqud” eposu italyan dilində işıq üzü görüb
06.12.2021 15:54
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud” eposu italyan dilində işıq üzü görüb

Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Drezden nüsxəsi İtalyada tanınmış “Sondro Teti” nəşriyyatı tərəfindən kitab halında nəşr edilib.

“Kitabi-Dədə Qorqud”u italyan dilinə tanınmış italyan türkoloqu Federiko De Renzi tərcümə edib, eyni zamanda Dədər Qorqudun italyan nəşrinə izahlı giriş sözü də yazıb.

“Kitabi-Dədə Qorqud”un İtalyan nəşri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” adlı geniş “Ön söz”ü ilə ictimaiyyətə çatdırılıb. Müqəddimədə “Kitabi-Dədə Qorqud” eposunun mənşəyi, yaranması, yazıya alınma prosesi, yazılı ədəbiyyat nümunəsi olması, əlyazma nüsxələri və poetikasından geniş bəhs olunur.

İtalyan nəşrində verilmiş “Kitabi-Dədə Qorqud” eposu haqqındakı dünya üzrə elmi və bədii əsərlərin siyahısında Azərbaycan qorqudşünaslığına aid əsərlərə də geniş yer ayrılıb.

Kitabda Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: