Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2021 16:46
  • A-
  • A
  • A+

Akademik İsmayıl Hacıyev: “Ad dəyişməklə ərazinin milli mənsubiyyətini dəyişmək olmaz”

Akademik İsmayıl Hacıyev: “Ad dəyişməklə ərazinin milli mənsubiyyətini dəyişmək olmaz”

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Dünyanın bir sıra ölkələrindən azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfrans həm ənənəvi, həm də videokonfrans formatında baş tutub. Konfransın plenar və bölmə iclaslarında tarix elmi üçün mühüm olan bir sıra məsələlərə toxunulub.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ mövzusunda məruzə edib.

Alim məruzəsində Qafqaz Albaniyasının ərazisi, burada hökmranlıq edən hakim sülalələr, ermənilər tərəfindən irəli sürülən əsassız iddialar və başqa önəmli mövzular haqqında məlumat verib.

“Albaniya ərazisində tarixən mövcud olan 12 əyalətdən biri də Arsak əyaləti olmuşdur”, - söyləyən akademik Arsak toponimin etimologiyası, uydurma erməni təbliğatı ilə bağlı fikirlərini elm ictimaiyyətinə çatdırıb. Çoxsaylı müəlliflərdən sitatlar gətirərək tarixi mənbələrdə yer alan real faktlar əsasında təhlillər aparıb. Vurğulanıb ki, nəinki Azərbaycan, o cümlədən indiki Ermənistan ərazisində də coğrafi adların tam əksəriyyəti Azərbaycan mənşəlidir. Ad dəyişməklə onun milli mənsubiyyətini ləğv etmək mümkün deyildir. Aparılan bütün tədqiqatlara rəğmən Qarabağda yaşayan əhalinin etnik tərkibi erməni uydurmalarını rədd edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: