Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
07.12.2021 17:00
  • A-
  • A
  • A+

Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb

Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topal Teymur” pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən ilk dəfə rus dilində nəşrə hazırlanıb.

Qələmə alınmasının 95-ci ildönümü münasibətilə ayrıca kitab halında işıq üzü görən dramın “Ön söz” müəllifi və layihənin ideya rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Əsərin Azərbaycan dilindən rus dilinə tərcümə edəni isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Qeyd edək ki, Hüseyn Cavidin türk xalqlarının şanlı tarixinə nəzər salıb, tarixi faciələrdən ibrət almağa, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etməyə çağıran, bununla da türk etnosunu möhkəm ittifaqa səsləyən bu məşhur pyesi ötən il ingilis dilinə tərcümə edilərək ayrıca kitab halında nəşr olunub. Bu isə əsərin daha geniş coğrafiyada oxunmasına və xarici ölkələrdə də səhnələşdirilməsinə xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: