Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan dilçilik elminə ağır itki üz verib
08.12.2021 16:40
  • A-
  • A
  • A+

Azərbaycan dilçilik elminə ağır itki üz verib

Tanınmış dilçi alim, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimiya sektorunun müdiri, professor Qara Məşədiyev 82 yaşında vəfat edib.

Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Qa­ra İbrahim oğlu Mə­şə­di­yev 1939-cu il may ayının 15-də Azər­bay­can Res­pub­li­kasının Gə­də­bəy ra­yo­nu­nun Düzrə­sul­lu kən­din­də anadan ol­ub. 1946-cı il­də Za­manlı kənd 7 il­lik mək­tə­bi­nin 1-ci sin­fi­nə getmiş, 1956-cı il­də Çay­rə­sul­lu kənd or­ta mək­tə­bi­ni bi­tir­miş­dir. 1958-1959-cu illər­də hər­bi xidmətdə ol­muş­dur. 1961-ci il­də M.F.Axun­dov adı­na Azər­bay­can Dövlət Xa­ri­ci Dil­lər İnsti­tu­tu­nun al­man və Azər­bay­can dil­lə­ri fakül­tə­si­nə da­xil olmuş, 1966-cı il­də həmin insti­tu­tu bi­tir­miş, 1966-1968-ci il­lər­də Gə­də­bəy ra­yo­nu Maa­rif kənd or­ta mək­tə­bin­də al­man və Azər­bay­can dil­lə­rin­də dərs de­miş­dir.

1968-ci il­dən el­mə olan ma­rağı onu Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­yasının Nə­si­mi adı­na Dil­çi­lik İnsti­tu­tu ilə bağ­lamışdır. 1968-ci il­dən 1974-cü ilə ki­mi Müa­sir Azər­bay­can di­li şöbə­sin­də baş la­bo­rant və­zi­fə­sin­də iş­lə­miş, 1979-cu ilə kimi el­mi iş­çi, 1979-cu il­dən 1989-cu ilə ki­mi böyük el­mi iş­çi və­zi­fə­sin­də çalışmışdır. 2014-cü il­dən Müa­sir Azər­bay­can di­li şöbə­sin­də baş el­mi iş­çi vəzifəsin­də çalışmışdır. Qa­ra müəl­lim 50 il­ dil­çi­lik el­mi­nin müxtə­lif sa­hə­lə­ri ilə bağlı təd­qi­qat­lar aparmışdır.

Qa­ra Mə­şə­di­yev el­mi fəa­liy­yə­ti­nin ilk il­lə­rin­də müa­sir Azər­bay­can dil­çi­li­yi­nin müxtə­lif sa­hə­lə­ri, o cümlə­dən sin­tak­sis­lə məş­ğul ol­muş­dur. Azər­bay­can Mil­li Elmlər Aka­de­mi­yası Nə­si­mi adı­na Dil­çi­lik İnsti­tu­tu­nun ço­xil­lik fəa­liy­yə­ti­nin məhsu­lu olan “Müa­sir Azər­bay­can di­li” (üç cild­də) mo­noq­ra­fi­yasın­da “Va­si­tə­siz və va­si­tə­li nitq” bölmə­si­ni yazmışdır. Sin­tak­sis sa­hə­sin­də təd­qi­qat­larının da­vamı ki­mi 1974-cü il­də Qa­ra Mə­şə­di­yev “Müa­sir Azər­bay­can ədə­bi di­lin­də adlıq cümlə” mövzu­sun­da na­mi­zəd­lik dis­ser­ta­si­yanı uğur­la müda­fiə et­miş və fi­lo­lo­gi­ya elm­lə­ri na­mi­zə­di alim­lik də­rə­cə­si almışdır. Onun bu əsər­lə­rin­də dil­çi­lik­də ak­tu­al olan prob­lem­lər - müa­sir Azər­bay­can di­lin­də va­si­tə­li və va­si­tə­siz nitq, nitq his­sə­lə­ri­nin se­man­ti­kası, di­lin lüğət tər­ki­bin­də xüsu­si ye­ri olan ono­mas­tik lek­si­ka sis­tem­li şəkil­də araşdırılmış, ümu­mi­ləş­dir­mə­lər aparılmışdır.

Qa­ra Mə­şə­di­yevin ya­radıcılığın­da Azər­bay­can di­li­nin ono­mo­lo­ji sis­te­mi, da­ha çox isə pa­leo­to­po­ni­mi­kanın  təd­qi­qi məsələləri araşdırılmışdır. Bu baxım­dan  türk mən­şə­li to­po­nim­lə­rin təd­qi­qin­də ali­min çox böyük ro­lu ol­muş­dur. Be­lə ki, Azərbay­can xalqı­na məx­sus olan to­po­nim­lə­rin qey­də alındığı mən­bə­lər­dən bi­ri də 1881-ci il­dən 1929-cu ilə­dək Tif­lis şə­hə­rin­də çap olu­nan “SMOMPK” (Qaf­qazın əra­zi və tay­fa­larının təs­vi­ri ma­te­ri­al­ları) məc­muə­si­dir. Bu­ra­da qey­də alınmış toponim­lə­rin mən­bə­lər əsasın­da təd­qi­qi və təh­li­li ta­ri­xi­lik baxım­dan zən­gin fakt­lar ve­rir. Bu ak­tu­al prob­lem­lə­rin təd­qi­qin­də Qa­ra Mə­şə­di­ye­vin mühüm xid­mət­lə­ri olmuş­­dur. Onun 1987-ci il­dən nəşr olu­nan “Azər­bay­can di­li­nin ono­mas­ti­kası” (oçerk­lər) mo­noq­ra­fi­yasın­da to­po­nim­lə­rin qram­ma­tik xüsu­siy­yət­lə­ri, ya­ran­ma yolları, qu­ru­lu­şu, se­man­tik xüsu­siy­yət­lə­ri, mik­ro­to­po­nim­lər və oro­nim, et­no­­nim və ant­ro­po­nim­lər­dən düzə­lən to­po­nim­lər haqqın­da sis­tem­li mə­lu­mat ve­ril­­miş­­dir. Bu sa­hə­də araşdır­ma­larını da­vam et­di­rə­rək 1991-ci il­də “Qaf­qaz əra­zi və tay­fa­larının təs­vi­ri­ni öyrə­nən məc­muə­də qey­də alınmış, Azər­bay­can (türk) mən­­şə­li toponimlərin ta­ri­xi linq­vis­tik təh­li­li (SMOMPK)” adlı dok­tor­luq dis­ser­­ta­­si­yasını uğur­la müda­fiə et­miş­dir. Təd­qi­qat­da türk mən­şə­li to­po­nim­lə­rin ta­ri­xi-linq­vis­tik təh­li­li ve­ril­miş, fakt­la­ra is­ti­nad edi­lə­rək ta­ri­xi yer ad­ları linq­vis­tik təh­li­lə cəlb edilmiş­dir.

Ali­min dok­tor­luq dis­ser­ta­si­yasın­da Azər­bay­can dil­çi­li­yin­də, de­mək olar ki, işlə­nil­mə­miş ta­ri­xi to­po­ni­mi­kanın - po­leo­to­po­ni­mi­kanın bir sıra müba­hi­sə­li məsələ­lə­ri­nə aydınlıq gə­ti­ril­miş­dir. To­po­ni­mik va­hid­lə­rin eti­mo­lo­gi­yası ta­ri­xi və tipo­lo­ji cə­hət­dən araşdırılmışdır. Elə­cə də struk­tur cə­hət­dən sa­bit­ləş­miş, mor­fo­lo­ji tər­kib­li, say tər­kib­li, mürək­kəb tər­kib­li to­po­nim­lər təh­li­lə cəlb edil­miş­dir. Alim yazırdı ki, ta­ri­xi mən­bə­lər­də qey­də alı­nan to­po­nim­lə­rin təd­qi­qi, bir də ona görə zəruri he­sab olu­nur ki, bu ad­ların bir ço­xu dai­mi de­yil­dir. Odur ki, ta­ri­xi-ti­po­lo­ji isti­qa­mət­də­ki təd­qi­qat to­po­nim­lə­rin şər­hin­də müxtə­lif dil­lə­rə aid ma­te­ri­al­ların el­mi əsas­lar­la tu­tuş­du­rul­masını tə­ləb edir. Be­lə fakt­ları təh­lil süzgə­cin­dən ke­çir­mək üçün ta­ri­xi-et­nik qay­naq­ları da nə­zə­rə al­maq zə­ru­ri he­sab olu­nur. Onun “Azərbaycan to­po­nim­lə­ri­nin ta­ri­xi-linq­vis­tik təh­li­li” (Bakı, 2007) əsə­rin­də “Qaf­qaz əra­zi və tay­fa­larının təs­vi­ri ma­te­ri­al­ları məc­­mu­ə­­sin”də qey­də alınmış türk mən­şə­li to­po­nim­lə­rin dil mən­su­biy­yə­ti, struk­tur-se­man­tik tip­lə­ri, mor­­fo­­lo­­ji, sin­tak­tik xüsusiy­yət­lə­ri araşdırılmışdır. Ey­ni za­man­da hə­min to­po­nim­lə­rin mən­şə­yi və etimo­lo­gi­yası zən­gin fakt­lar­la müəy­yən­ləş­di­ril­miş­dir. Müəl­lif elə to­po­nim­lə­rin etimo­lo­ji izahını ver­miş­dir ki, on­lar yalnız ono­mas­ti­ka sa­hə­si üçün de­yil, həm də ta­rixşü­naslıq, coğ­ra­fi­ya üçün də əhə­miy­yət­li­ idi. Mə­sə­lən, o, Man­na, Mi­di­ya, Atropa­te­na, Al­ba­ni­ya, Gən­cə, Go­ran­boy, Go­rus, Qu­ba və s. to­po­nim­lə­rin mənşəyini izah edər­kən çox də­yər­li fi­kir­lər söylə­miş­dir. Bu fi­kir­lər təs­diq edirdi ki, Azərbaycan türklə­ri Qaf­qazın ən qə­dim abo­ri­gen əha­li­sin­dən ol­muş­lar. Onun tədqi­qat­ları Azər­bay­can türklə­ri­nin məs­kun­laş­ma, yayıl­ma are­al­larının hüdud­larını müəy­yən­ləş­dir­mək­də əvəz­siz mən­bə ro­lu­nu oy­nayıb. Təd­qi­qat­da Azər­bay­can, Gürcüstan və in­­di­­ki Er­mə­nis­tan əra­zi­lə­rin­də olan türk mən­şə­li to­po­nim­lə­rin paralel­lə­ri də müəy­yən­­ləş­di­ri­lə­rək be­lə nə­ti­cə­yə gə­li­nir ki, türklə­rin bu əra­zi­də yaşa­ması və məs­kun­­laş­ma ta­ri­xi çox qə­dim­dir. Bütün bun­lar nə­zə­rə alı­na­raq monoq­­ra­­fi­­ya­­­da to­po­ni­mik va­hid­lə­rin eti­mo­lo­gi­yasının ta­ri­xi, struk­tur cə­hət­dən sabit­ləş­miş to­po­nim­lər və on­ların ya­ran­ma yol­ları araşdırılır. Be­lə nə­ti­cə­yə gə­li­nir ki, eramız­dan əv­vəl­ki I mi­nil­lik­də Azər­bay­can­da mövcud ol­muş türklər eramızın əv­vəl­lə­rin­dən baş­la­ya­raq bu­ra­ya gə­lən baş­qa türk xalq­ları ilə qay­­na­yıb-qarışmışdır. Müəl­li­fin araşdır­ma­ların­da prob­le­mə komp­leks şə­kil­də ya­naş­­ma, ono­mas­tik va­hid­lə­rin ta­ri­xi-linq­vis­tik baxımın­dan təh­li­li to­po­nim­lə­rə xas olan nost­ra­tik əla­mət­lə­ri müəy­yən­ləş­dir­mək üçün re­al im­kan­lar ve­rirdi.

Pro­fes­sor Q.Mə­şə­di­ye­vin xid­mət­lə­rin­dən bi­ri də ono­mas­ti­ka­da iş­lə­nən terminlə­rə aydınlıq gə­tir­mək və on­ları də­qiq­ləş­dir­mək ol­muş­dur. Təd­qi­qat obyektinə və üsul­ları­na görə fərq­lə­nən ono­mas­ti­kanın ter­mi­no­lo­ji an­layış və kateqo­ri­ya­ları də­qiq­ləş­di­ril­miş, on­ların mə­na­ları aydın­laşdırılmışdır. 2005-ci il­də “İzahlı ono­mas­tik ter­min­lər lüğə­ti”ndə (Bakı, 2005, N.Se­yi­də­li­yev­lə bir­lik­də) 700-dən artıq ono­mas­tik ter­mi­nin izahı ve­ril­miş­dir. Lüğət­­də çox­mə­nalı, si­no­nim xarakter­li ter­min­lər də­qiq­ləş­di­ril­miş­dir. 1989-cu il­dən 2014-cü ilə ki­mi Nə­si­mi adına Dil­çi­lik İnsti­tu­tu­nun Ono­mas­ti­ka şöbə­si­nin müdi­ri ol­muş­dur. Şöbə­də aparılan el­mi-təd­qi­qat iş­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­sin­də həmm­üəl­lif ki­mi iş­ti­rak etmək­lə ya­naşı, həm də on­ların vaxtın­da və yüksək key­fiy­yət­lə ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət et­miş­dir. Onun rəh­bər­li­yi altın­da “Ant­ro­po­nim­lər”, “To­po­nim­lər”, “Etnonim”, “Zoo­nim və fi­to­nim­lər”, “Kos­mo­nim və Kte­mo­to­nim­lər” ki­mi hissələr­dən iba­rət olan “Böyük izahlı ono­mas­tik ad­lar lüğət”i ilk də­fə nəşr olunmuş­dur. Lüğə­tin “Ant­ro­po­nim­lər” his­sə­sin­də 5000-dən artıq şəxs adı verilmişdir.

Q.Mə­şə­di­yev “Azər­bay­can di­li­nin se­ma­sio­lo­gi­yası” (Bakı, 1976), “Azərbaycan di­li­nin ono­mas­ti­kası” (Bakı, 1987), “Nitq his­sə­lə­ri­nin se­man­ti­kası” (Bakı, 1986), “Za­qaf­qa­zi­yanın Azər­bay­can тopo­nim­lə­ri” (Bakı, 1990), “Azərbaycan to­po­nim­lə­ri­nin ta­ri­xi-linq­vis­tik təh­li­li” (Bakı, 2007), “İzahlı onomastik ter­min­lər lüğə­ti” (Bakı, 2005) və bir sıra mo­noq­ra­fi­ya­ların, 150-yə qədər el­mi mə­qa­lə­nin müəl­li­fi­dir. Onun rəh­bər­li­yi ilə ono­ma­lo­gi­yanın problemlərinə da­ir müxtə­lif mövzu­lar­da na­mi­zəd­lik dis­ser­ta­si­yası müda­fiə edilmişdir. Gör­kəm­­li ali­min rəh­bər­li­yi ilə həm Şi­ma­li Azər­bay­can­dakı ono­mas­tik va­hid­lər, həm də Qər­bi Azər­bay­can və Gürcüstan­dakı türk mən­şə­li ono­mas­tik vahid­lər, xüsu­si­lə to­po­nim­lər təd­qi­qat ob­yek­ti­nə çev­ril­miş­dir.

Alim tək­cə res­pub­li­kamız­da ke­çi­ri­lən el­mi konf­rans­lar­da de­yil, elə­cə də Türki­yə, Özbə­­kis­­tan və Ma­haç­ka­la­da ke­çi­ri­lən konf­rans və sim­po­zi­um­lar­da ma­raqlı məruzə­­lər et­­miş­dir. Bu­nun­la ya­naşı Qa­ra Mə­şə­di­yev 1992-ci il­dən AMEA Nə­­si­­­mi adı­na Dil­çi­lik İnsti­tu­tu­nun nəz­din­də fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru və fi­lo­lo­gi­ya elm­lə­ri na­mi­zə­di alim­lik də­rə­cə­si al­maq üçün təq­dim olu­nan dis­ser­ta­si­ya­ların müda­fiə­si­ni ke­çi­rən Dis­ser­ta­si­ya Şu­rasının el­mi ka­ti­bi ol­muş, 30-a qə­dər as­pi­rant və dis­ser­tan­ta rəh­bər­lik et­miş­dir.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan dilçi alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: