Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Ağası Məlikov beynəlxalq konfransda çıxış edib
08.12.2021 17:08
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ağası Məlikov beynəlxalq konfransda çıxış edib

1-5 dekabr 2021-ci il tarixində Tomsk şəhərində “İnformasiya texnologiyaları və riyazi modelləşdirilmə” (“Информационные технологии и математическое моделирование”) mövzusunda A.F.Terpuqov adına beynəlxalq konfrans keçirilib.

Konfransda AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov “Queuing systems with positive and negative replenishment policies” adlı təqdimatla çıxış edib və sertifikata layiq görülüb.

Məqalədə ehtiyatlarının artırılması üçün məlum üç strategiydan istifadə edilən sonsuz buferli xidmət sistemlərinin Markov modelləri təklif edilib. Klassik modellərdən fərqli olaraq, burada elə tip sorğular var ki, onlar xidmət olunaraq ehtiyat tələb etmirlər, lakin onlar sistemə daxil olduqda ehtiyatların bir hissəsi ani olaraq məhv olur. Xidmət başa çatdıqdan sonra bəzi sorğular ehtiyat almadan sistemi tərk edirlər. Öyrənilən sistemlərin riyazi modelləri olan Markov zəncirlərinin erqodikliyi üçün zəruri və kafi şərtlər tapılır, onların stasionar paylanmaları hesablanır və öyrənilən sistemlərin xarakteristikalarını təyin etmək üçün düsturlar təklif olunur. Tədqiq olunan sistemlərin fəaliyyəti nəticəsində yaranan ümumi cərimələrinin minimallaşdırılması problemləri həll edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: