Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun alimləri beynəlxalq konfransda çıxış ediblər
09.12.2021 10:32
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun alimləri beynəlxalq konfransda çıxış ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 1 saylı laboratoriyasının əməkdaşları 5-9 dekabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Nalçik şəhərində keçirilən “Qeyri-lokal sərhəd məsələləri və riyazi biologiya, informatika və fizikanın əlaqəli problemləri” - B&NAK 2021 VI beynəlxalq elmi konfransında iştirak ediblər.

Tədbirin proqramına institut əməkdaşlarının 1 plenar və 4 seksiya məruzəsi daxil edilib.

Konfransda AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə plenar məruzə edib, daha sonra “Diferensial tənliklər üçün sərhəd məsələləri” seksiyasında dosent Anar Rəhimov və elmi işçi Vüqar Həşimov, “Qeyri-lokal fiziki, bioloji və sosial-iqtisadi proseslərin riyazi modelləşdirilməsi” seksiyasında isə professor Vaqif Abdullayev və dosent Yeganə Əşrəfova məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfransa ABŞ, Kanada, Türkiyə, Rusiya, Hindistan, Qazaxıstan və s. ölkələrdən tanınmış alimlər qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: