Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının kitabı Moskvada çapdan çıxıb
09.12.2021 14:38
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının kitabı Moskvada çapdan çıxıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Mirheydər Abbasovun “Применениe инфракрасной спектроскопии к органическим и неорганическим соединениям” kitabı Moskvada “Ru Science” nəşriyyatında çap olunub.

Kitabda üzvi birləşmələrinin bir neçə sinfinin (doymuş alifatik və tsiklik kabohidrogenlər, alkenlər, di-, trienlər, eləcə də sikloenlər, tsiklodi- və tsiklotrienlər və kumulə olunmuş doymamış birləşmələrin, alkinlər, diinlər, triinlər, spirtlər, diollar, triolllar və tetraollar) infraqırmızı spektrləri və onların geniş analizi verilib.

Bir neçə cilddən ibarət olacaq bu kitabın I cildində üzvi birləşmələrin müxtəlif sinfindən olan 387 kimyəvi birləşmələrin İQ (infraqırmızı) spektrlərinin geniş analizi əksini tapıb. Nəşrin növbəti cildlərində İQ spektroskopiyanın köməyi ilə qeyri-üzvi birləşmələrin spektrlərinin çəkilməsi və bu maddələrin identifikasiyası haqda ətraflı və geniş məlumatlar veriləcək.

Kitab kimya, biologiya, geologiya və fizika ixtisaları üzrə elmi tədqiqatçılar, müəllimlər, doktorantlar, magistrant və bakalavrlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: