Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nizami Gəncəviyə həsr olunmuş konfransın materialları çap edilib
09.12.2021 17:50
  • A-
  • A
  • A+

Nizami Gəncəviyə həsr olunmuş konfransın materialları çap edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvi: sələflər və xələflər – Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda elmi-nəzəri konfransın (22 noyabr 2021-ci il) materialları toplu halında nəşr olunub.

Toplunu nəşrə hazırlayan institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Nəşrdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami irsinin öyrənilməsinin əhəmiyyəti”, icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovun “Səfəvilər dövrü Azərbaycan ədəbiyyatında Nizami təsiri”, şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifovun “Nizaminin Misirdəki əlyazmaları” və institutun digər əməkdaşlarının məruzələrinin tezisləri ilə yanaşı, bir sıra nizamişünas tədqiqatçıların dahi şairin yaradıcılığına, onun fəlsəfi, elmi baxışlarına, humanist düşüncələrinə, əsərlərinə bəstələnən musiqilərə, əlyazma nüsxələrinə və s. dair araşdırmalarının nəticələrini əks etdirən tezislər yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: