Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” adlı monoqrafiya nəşr olunub
14.12.2021 09:26
  • A-
  • A
  • A+

“Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” adlı monoqrafiya nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı, fil.ü.f.d. Şəbnəm Məmmədovanın Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, rəyçiləri isə filologiya elmləri doktoru, professor Səhər Orucova və filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Umudovdur.

Sözügedən monoqrafiyada qaraqalpaqların təşəkkül tarixi, dili, folkloru və epik nümunələri müqayisəli şəkildə nəzərdən keçirilib. Müəllif əsərində qaraqalpaq folklor və epik nümunələrini əksər hallarda Azərbaycan folklor və epik nümunələri ilə qarşlıqlı əlaqələr müstəvisində təhlil edib, Azərbaycan-qaraqalpaq xalqlarının etnogenik çevrəsi ilə bağlı aydın və dolğun mənzərə yaradıb. Əsərdə hər iki xalqın məişət və mərasim nəğmələrinə, bu nəğmələrin oxşar və fərqli xüsusiyyətlərinə,  meydan tamaşaları ilə lətifələr arasındakı bağlılığa da aydınlıq gətirilib. Monoqrafiyada Azərbaycan və qaraqalpaq xalqlarının dastan nümunələrinin bir sıra nəzəri məsələləri araşdırılıb və qaraqalpaqların “Qırx qız” qəhrəmanlıq dastanının bəzi nümunələri orijinaldan dilimizə çevrilərək oxucuların diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: