Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft və Qaz İnstitutunun əməkdaşının yeni kitabı çapdan çıxıb
14.12.2021 10:41
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşının yeni kitabı çapdan çıxıb

AMEA-nın Neft və Qaz İnstitutunun Neftli-qazlı hövzələrin analizi şöbəsinin müdiri, f.-r.e.d. Ədalət Həsənovun “Cənubi Xəzər çökəkliyinin çöküntü kompleksinin geoloji-geofiziki tədqiqi və məhsuldarlığı məsələləri” adlı kitabı rus dilində işıq üzü görüb.

Kitabda Cənubi Xəzər çökəkliyinin Azərbaycan sektorunda məhsuldar təbəqələrinə dair kifayət qədər həcmdə toplanmış faktiki məlumatlar, kollektor süxurlarının və örtüklərinin tərkibi, strukturu, petrofiziki xassələrin paylanması və geoloji mühitdə məhsuldar intervalların mövcudluğu haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: