Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İqtisadi Artım və İctimai Rifah” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
14.12.2021 12:45
  • A-
  • A
  • A+

“İqtisadi Artım və İctimai Rifah” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

AMEA-nın İqtisadiyyat İnstitutunun “İqtisadi Artım və İctimai Rifah” jurnalının 2021-ci ildə üçüncü nömrəsi oxuculara təqdim olunub.

Jurnalın bu sayında “Azərbaycan sənayesi pandemiya dövründə”, “Azərbaycanda ət və ət məhsulları istehsalı: mövcud durum və inkişaf istiqamətləri”, “Sosial sığorta gəlirlərinin uçotunun metodoloji aspektləri”, “Post-pandemiya dövründə Azərbaycanda dayanıqlı inkişafın əsas istiqamətləri”, “Ölkə və regionların iqtisadi potensialının sistem xüsusiyyətləri”, “Azərbaycanda sənaye parklarının regional təşkilinin iqtisadi əsasları”, “İKT sektorunun tənzimlənməsinin qiymətləndirilməsi indeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması yolları” və s. maraqlı və aktual mövzularda elmi məqalələr yer alıb.

“İqtisadi Artım və İctimai Rifah jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənib, dünyanın nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilib. İldə 4 dəfə dərc olunan elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov, baş redaktorun müavini, professor Müşfiq Atakişiyev, məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur.

Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: