Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin İbn Sina haqqında tədqiqatı nüfuzlu topluda işıq üzü görüb
15.12.2021 10:16
  • A-
  • A
  • A+

Şərqşünas alimin İbn Sina haqqında tədqiqatı nüfuzlu topluda işıq üzü görüb

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayevanın “İbn Sina və onun fəlsəfi irsi” (“Ibn Sina and His Philosophical Legacy”) adlı tədqiqatı “Revisiting Ibn Sina’s (Avicenna) Heritage” toplusunda nəşr olunub.

R.Rzayeva tədqiqatında İslam tarixinin ən böyük mütəfəkkirlərindən sayılan İbn Sinanın dünya fəlsəfi fikrinə töhfəsini təhlil edib.

Türkiyəli professor Kadircan Keskinboranın redaktorluğu ilə nəşr olunan topluda Türkiyədən professor Mehmet Bayrakdar, dosentlər Engin Erdem və Ömər Faruk Ərdoğan, professor Esin Kahya, dosent Fərdi Koç, professorlar Yavuz Ünat və Hakkı Turabinin fikirləri yer alarkən, Amerikadan fəlsəfə doktoru Qlen M. Kuper, İrandan fəlsəfə doktoru Hamed Arezaei, Rumıniyadan professor Dana Baran, AMEA-nın müxbir üzv Səlahəddin Xəlilov, İngiltərədən fəlsəfə doktoru Peter Starr və professor Maykl Saç kimi alimlərin də tədqiqatları yer alıb.

“Revisiting Ibn Sina’s (Avicenna) Heritage” (“İbn Sinanın (İbn Sina) irsinə yenidən baxış”) kitabının satışına başlanılıb. İsveçrədə yerləşən “Peter Lang” nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunan kitab ilk olaraq Almaniyada satışa çıxarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: