Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda biznes mühiti – 2020: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb
15.12.2021 14:42
  • A-
  • A
  • A+

“Azərbaycanda biznes mühiti – 2020: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin rəhbəri olduğu bir qrup elmi əməkdaşın həmmüəllifliyi ilə “Azərbaycanda biznes mühiti - 2020: reallıqlar və perspektivlər” kitabı çap olunub.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiya “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” (elmi rəhbər i.e.d., professor Nazim İmanov) elmi istiqaməti üzrə “Biznes mühiti və sahibkarlığın inkişaf göstəriciləri üzrə müqayisəli reytinqdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri”nin araşdırılmasına həsr olunub.

Kitabın elmi redaktoru, i.e.d., professor Tərbiz Əliyev, rəyçiləri i.e.d., professor Müşfiq Atakişiyev və i.ü.f.d., dosent Allahyar Muradovdur.

Kollektiv monoqrafiyada Dünya Bankının tövsiyə etdiyi metodologiya və “Doing Business” hesabatı əsasında biznes mühiti, sahibkarlığın inkişaf göstəriciləri üzrə ümumi reytinqi və onun ayrı-ayrı indikatorlarının səviyyəsi, eləcə də BMT-nin dayanıqlı inkişaf hesabatında “Ticarət prosedurlarının sadələşdirilməsi” üzrə qlobal tədqiqatlarının nəticələri ölkələr üzrə təhlil edilib qiymətləndirilib. Habelə həmin reytinqdə Azərbaycanın mövqeyində baş verən pozitiv dəyişikliklər izlənilib, onun yüksəldilməsi istiqamətində - Azərbaycan hökumətinə, sahibkarlara, qeyri-hökumət təşkilatlarına və Dünya Bankına hədəflənən kompleks xarakterli əməli təklif və tövsiyələr verilib.

Monoqrafiya elmi-tədqiqat institutlarının əməkdaşları, dövlət orqanlarında, ictimai təşkilatlarda çalışan mütəxəssislər, sahibkarlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: