Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şirvanşahlar yurdu” kitabı çapdan çıxıb
16.12.2021 14:54
  • A-
  • A
  • A+

“Şirvanşahlar yurdu” kitabı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadənin türk dilindən tərcümə etdiyi “Şirvanşahlar yurdu” kitabı işıq üzü görüb.

Tarixçi Cahangir Nəsirbəyovun müəllifi olduğu bu kitabda Şirvanşahlar yurdundan, vaxtilə Albaniya, Arran və Şirvan deyə anılan “Qafqaz Azərbaycanı”nın tarixindən bəhs olunur.

Yeni nəşrin tərtibatçısı və giriş mətninin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayeva, elmi redaktoru tarix elmləri doktoru Tofiq Nəcəflidir.

Qeyd edək ki, kitab Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş, o cümlədən Şuşa uğrunda döyüşən əsgərlərimizin ruhlarına ithaf edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: