Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2021 14:41
  • A-
  • A
  • A+

Tarix İnstitutu ilə Ankara Universiteti arasında magistr hazırlığı ilə bağlı razılıq əldə olunub

Tarix İnstitutu ilə Ankara Universiteti arasında magistr hazırlığı ilə bağlı razılıq əldə olunub

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və həmin şöbənin böyük elmi işçisi Ramin Əlizadə Türkiyənin Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində olublar.

Səfər çərçivəsində sözügedən fakültənin Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, prof. Dr. İrfan Albayrak, həmin şöbənin əməkdaşları prof. Dr. Cahid Günbattı və prof. Dr. Salih Çeçen ilə Şumer, Akkad və Urartu tarixi, dili və mədəniyyəti ilə bağlı müzakirələr aparıblar. Bundan əlavə, Qədim dillər və mədəniyyətlər şöbəsinin kitabxanasının zəngin kolleksiyası, o cümlədən burada saxlanılan mixi yazılı mətnlərlə yaxından tanış olublar.

Prof. Dr. İrfan Albayrak AMEA-nın Tarix İnstitutunun əməkdaşları ilə görüşün qədim tarixlə bağlı birgə elmi araşdırmaların aparılması istiqamətində ilk addım olduğunu bildirib.

Görüş zamanı tərəflər arasında magistr hazırlığı ilə bağlı razılıq da əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: